1 Sentyabr 2017 11:42
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Xəzər Dəniz Donanmasının gəmiləri yürüş zamanı Qazaxıstan və Azərbaycan limanlarına daxil olacaq.

Teleqraf.com “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Rusiya Cənub Hərbi Dairəsinin mətbuat katibi, polkovnik Vadim Astafyev məlumat verib.

Onun sözlərinə görə, artıq “Velikiy Ustyuq” kiçik raket gəmisi və digər gəmilər açıq dənizə çıxıb: “Dəniz yürüşünün gedişatında Xəzəryanı ölkələr arasında beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə Rusiya dənizçiləri iki dövlətin - Qazaxıstan və Azərbaycan dəniz limanına daxil olacaq”.

Vadim Astafyev Rusiya gəmilərinin Xəzər dənizində yürüşünün 25 gün davam edəcəyini, 2 günlük təlimlərin də reallaşacağını qeyd edib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər