1 Sentyabr 2017 14:11
995
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərişıq” 49 ailə üçün çətin relyefdə əl əməyi ilə elektrik şəbəkəsi qurub.

Bu barədə Teleqraf.com-a “Azərişıq” ASC-dən məlumat verilib.

Məlumatda bildirilib ki, Qurban Bayramı günündə tarix boyu elektrik enerjisi olmayan Astara rayonunun ucqar Şəvqo kəndinə “Azərişıq” ASC tərəfindən işıq verilib.

Meşəliyin içində, çaylar, qayalıqlar arasında, bir sözlə, ən çətin relyefdə yerləşən bu kəndə texnikadan istifadə etmək mümkün olmadığından əl əməyi ilə şəbəkə qurulub.

Ömrü boyu işığı olmayan 49 yaşayış evinin və ya 250-dən artıq insanın elektrik enerjisi ilə təmin edilməsi üçün 2 km 10 kV-luq və 5 km 0,4 kV-luq məsafədə özünüdaşıyan izolyasiyalı naqillərdən ibarət xətti çəkilib. 1 ədəd 10/0.4 kv-luq 63 kva gücündə transformator məntəqəsi quraşdırılıb.

Abonentlərin evlərinə 49 ədəd sayğac qoyulub.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər