2 Sentyabr 2017 12:38
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Macarıstan Prezidenti Yanoş Aderin fərmanı ilə təltif olunduğum Macarıstan dövlətinin “Xidmətlərə görə” ordeni dövlətimizə və millətimizə göstərilən sayğının, ehtiramın nişanəsidir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycanın Macarıstandakı səfiri, keçmiş xarici işlər naziri Vilayət Quliyev Macarıstan dövlət başçısı tərəfindən yüksək hökumət mükafatı – “Xidmətlərə görə” ordeninin komandor dərəcəsi ilə (II dərəcə) təltif edilməsi barədə danışarkən qeyd edib.

Vilayət Quliyev Macarıstanda Azərbaycan dövlətini təmsil etdiyini vurğulayaraq sosial şəbəkədə ona ünvanlanan təbriklərə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, diplomat bu mükafata Macarıstanla Azərbaycan arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əlaqələrin inkişafındakı səmərəli fəaliyyətinə görə layiq görülüb.


Müəllif: Nərgiz

Oxşar xəbərlər