6 Sentyabr 2017 17:41
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda marketlər şəbəkəsinin filial müdiri mühafizəçisini döyüb.

Report-un məlumatına görə, hadisə Mingəçevir şəhərində yerləşən "5+" supermarketlər şəbəkəsinin 20yanvar və M.Ə.Sabir küçəsinin kəsişməsində yerləşən filialında baş verib.

Belə ki, filial direktoru ilə supermarketin mühafizəçisi arasında mübahisə yaranıb. Nəticədə mühafizəçi, 1980-ci il təvəllüdlü Nurlan Musa oğlu Verdiyev döyülərək ağır bədən xəsarətləri alıb.

Yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya çatdırılıb. Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, o, üz və baş nayihələrindən ağır xəsarətlər alıb: "Xəstənin bir qulağı küt alətlə vurulan zərbə nəticəsində cırılıb və müəyyən hissəsi başından ayrılıb. Onun qulağı əməliyyat olunaraq tikilib. Bundan başqa xəstənin üz və digər nayihələrində sıyrılmış cırlmış xəsarətlər olub".

Münaqişənin səbəbi isə mühafizəçinin filal müdirindən marketlər şəbəkəsinin rəhbərliyinə şikayət etməsi olub.
Münaqişənin əsl səbəbinin isə mühafizəçinin müdirdən rəhbərliyə şikayət etmək niyyəti ilə bağlı olduğu deyilir.
Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər