7 Sentyabr 2017 15:22
1 021
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan İsrail istehsalı olan yeni nəsil avtomatik minaatanlarla maraqlanır.

Polşada keçirilən MSPO-2017 sərgisindən AzeriDefence-ə bildirilib ki, "Elbit Systems” şirkətinin istehsalı olan 120 mm-lik “Spear Mk 2” avtomatik minaatanının ilk nümunələri Azərbaycana çatdırılıb.

Azərbaycan Silahlı Qüvvələrinin (DSX) istifadəsindəki BTR-70 zirehli maşının üzərində qurulmuş həmin minaatan avqust ayında prezident İlham Əliyevə nümayiş etdirilib.

Minaatanın “SandCat” zirehli maşını üzərində qurulmuş versiyası isə 2016-cı ilin sentyabr ayında Bakıda keçirilmiş ADEX-2016 beynəlxalq müdafiə sərgisində də nümayiş etdirilib.

“Bu minaatanlar tam olaraq avtomatlaşdırılıb. Özünü avtomat doldurma, koordinatları hesablama və yönləndirmə funksiyasına malikdir. “Spear” idarə olunan minalarla 10 km-dək məsafədə hədəflərə dəqiq atəş açmağa imkan verir”, deyə mütəxəssislər bildiriblər.

İsrailli hərbi mütəxəssislərin sözlərinə görə, Azərbaycan “Spear Mk 2” minaatanının ilk xarici istifadəçisidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər