"Colgate-Palmolive Temizlik Ürünleri Sanayi ve Ticaret Anonim” şirkəti Azərbaycandakı nümayəndəliyinin ləğv olunduğunu elan edir.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumat “Vergilər” qəzetinin xüsusi buraxılışında yer alıb.
Məlumatda bildirilib ki, nümayəndəlik cari ilin sentyabr ayının 15-dən ləğv olunacaq.
Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 44 ünvanına bildirə bilərlər.
Qəzetin xüsusi buraxlışında daha bir şirkətin ləğv olunduğu elanı yer alıb.
Belə ki, Birləşmiş Ərəb Əmirliyinin hüquqi şəxsi olan “Globalnik Logistics Group Limited”şirkəti də Azərbaycandakı nümayəndəliyinin ləğv olunduğunu elan edir.
Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri,Nəsimi rayonu, S. Vurğun küşəsi, AF Mall Business Center 34 ünvanına bildirə bilərlər.