14 Sentyabr 2017 08:53
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda elektrik enerjisi ilə təmin olunmayan ərazi, demək olar ki, yoxdur.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Azərişıq ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

Tanrıverdi Mustafayevin sözlərinə görə, sonuncu yaşayış məntəqəsi olaraq elektrik xətti çəkilmiş Astara rayonunun Şəvqo kəndinin də indiyəcən işıqsız qalması əvvəlcə inandırıcı olmayıb: “Ancaq özüm gedib, gözümlə gördüm...

Əraziyə 20 gün ərzində elektrik sərfiyyatı verdik. Əgər hələ də elektrik enerjisi ilə təmin olunmayan başqa ərazilər - yaşayış məntəqələri, kəndlər aşkarlanarsa, onlar layihəyə salınacaq. “Azərişıq” iki ildir regionlarda yenidənqurma işlərinə başlayıb.

Prezident İlham Əliyevin “İşıqlı Azərbaycan” layihəsi əsasında ölkə ərazisində köhnəlmiş, istifadə müddətini başa vurmuş xətlərin, transfarmatorların hamısını mütəmadi olaraq yenilənməsi və dəyişdirilməsi üçün göstərişləri var. Elə bir ucqar kənd qalmayacaq ki, ora elektrik enerjisi verilməsin. Amma bu, vaxt tələb edən bir prosesdir. Abonentlərin sayı gündən-günə artır. Hazırda 2 milyon 500 min istehlakçımız var”.

Tanrıverdi Mustafayev əlavə edib ki, “Azərişıq”ın 7 regional idarəsi var və onlardan məlumat alınır: “Alınan məlumatlar əsasında yenidənqurma işləri davam etdirilir”.

Qeyd edək ki, bu il sentyabr ayının 2-si Astara rayonunun Şəvqo kəndinə elektrik xətti çəkilib. 250 nəfər sakinin yaşadığı kənddə o vaxta kimi heç vaxt elelktrik olmayıb.


Müəllif: Şəfiqə Nazimqızı

Oxşar xəbərlər