Ötən gün Memar Əcəmi metrostansiyasının yaxınlığındakı dayanacaqda 135 saylı avtobusun sərnişin tərəfindən döyülən sürücüsü Qüdrət Kərimov evə buraxılıb.
Bu barədə Teleqraf.com-a 1 saylı Kiliniki Tibbi Mərkəzdən məlumat verilib.
Mərkəzdən bildirilib ki, sürücünün qaşına tikiş qoyulub və evə buraxılıb.
Qeyd edək ki, ötən gün saat 17:30-da Memar Əcəmi metrostansiyasının yaxınlığındakı dayanacaqda 135 saylı marşrut avtobusunun sürücüsü Qüdrət Xanzalı oğlu Kərimov sərnişin tərəfindən döyülüb.