25 Sentyabr 2017 11:55
943

Bakı şəhəri 5 saylı Klinik Xəstəxanasının baş həkimi Ziya Əsədov vəfat edib.

Teleqraf.com xəbər verir ki, 63 yaşlı Ziya Əsədov bu gün səhər saatlarında dünyasını dəyişib.

Onun gecə yatdığı, səhər yuxudan ayılmadığı bildirilir.

Səhiyyə Nazirliyindən məlumatı təsdiqləyiblər.

Z. Əsədovla bu gün günorta saat 15:00-də Təzə Pir məscidində vida mərasimi keçiriləcək.

Qeyd edək ki, Ziya Əsədov görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin kürəkənidir.


Müəllif: Teleqraf.com