26 Sentyabr 2017 16:12
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil Nazirliyi əməkdar müəllimin işdən çıxarılması ilə bağlı məsələyə münasibət bildirib.

Nazirlikdən Teleqraf.com-a bildirilib ki, Bakı şəhəri, Nizami rayonunda yerləşən Kimya-bilogiya təmayüllü respublika liseyində müəllim vəzifəsində işləyən respublikanın əməkdar müəllimi Həcər Sadıxova çalışmanın yaş həddinə çatdığına görə Əmək Məcəlləsinin 70-ci maddəsinin "e" bəndinə əsasən, onunla bağlanmış əmək müqaviləsi ləğv edilib.

Qeyd edək ki, H.Sadıxovanın moderator.az saytında yer almış məktubunda heç bir qanuni əsas olmadan işdən çıxarıldığı bildirilib. O, bu işdə məktəb rəhbərliyini günahlandırıb.


Müəllif: Teleqraf.com