Şəmkir rayonunda maraqlı hadisə baş verib.
Teleqraf.com xəbər verir ki, sosial şəbəkədə paylaşılmış videoda Şəmkir rayonu poçt şöbəsinin binası qarşısında yerləşən bankomat yaşlı qadının nəzarətindədir.
Həmin qadın bankomatdan pul çəkmək istəyən pensiyaçıların pulunu 50 qəpik-1manat qarşılığında çıxarıb verir. Qadın pul çəkməyi bacaranlara da imkan vermir.
Şəmkir Rayon İcra Hakimiyyətindən bildiriblər ki, bu işin onlara heç bir dəxli yoxdur: “Beynəlxalq Bankla əlaqə saxlayın. Bankomat onlarındır”.
Görüntüləri təqdim edirik.