30 Sentyabr 2017 13:55
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.

Palatadan Teleqraf.com-a verilən məlumata görə, iclasda “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin və Azərbaycan Texniki Universitet üzrə daxilomaların və xərclərin proqnozlaşdırılması və icrasına dair hesabatlar müzakirə olunub.

Kollegiyaya dəvət olunmuş Azərbaycan Texniki Universitetinin rektor əvəzi Xaliq Yahudov və baş mühasibin müavini Elmir Şükürov müzakirələrdə iştirak edib, Kollegiya üzvlərinin suallarını cavablandırıblar.

İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub.

Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisinə təqdim olunması qərara alınıb.

İclasda aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib, həmçinin Hesablama Palatasının iş planında nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri ilə bağlı proqram təsdiq olunub.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər