Azərbaycanda Məişət zorakılığı ilə bağlı Məlumat Bankı yaradılmasının müsbət tərfləri çoxdur. Artıq müvafiq statistika ilə bağlı dəqiq rəqəmlər əldə etmək mümkün olacaq.
Bunu Teleqraf.com-a açıqlamasında “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.
Onun sözlərinə görə, bankın yaradılması “Məişət zorakılığının qarşısının alınması” haqqında qanunda nəzərdə tutulan fəaliyyətlərdən biridir: “Bundan sonra zorakılığa məruz qalan uşaqlar, qadınlar, kişilər, eləcə də zorakılığın formaları ilə bağlı dəqiq məlumat almaq mümkün olacaq”.
Mehriban Zeynalova qeyd edib ki, Məişət zorakılığı ilə bağlı Məlumat Bankı digər resusların cəlb edilməsi və istiqamətləndirilməsi mexanizminə də yardım göstərəcək.
Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə “Azərbaycanda Gender Əsaslı Zorakılığa qarşı Mübarizə” layihəsi çərçivəsi Məişət zorakılığı ilə bağlı Məlumat Bankı yaradıb. Oktyabr ayının 4-də məlumat bankının təqdimatını keçirəcək.