7 Noyabr 2017 18:48
4 160
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kərə yağı üçün tətbiq edilən gömrük idxal rüsumunun 3 dəfə və ya 10 faiz bənd azaldılması idxal məhsullarının xərcinin azalmasına, nəticədə daxili bazarda ucuzlaşamaya səbəb ola bilər.

Bunu Teleqraf.com-a iqtisadçı ekspert Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, 100 min dollarlıq kərə yağı idxal edən sahibkar əvvəllər 15 faiz rüsum və 18 faiz ƏDV ödəyirdi: “Nəticədə rüsum tətbiq ediləndən sonra malın xərci rüsumdan sonra 115 min, ƏDV tətbiq edilən sonra isə 135.7 min dollaradək yüksəlirdi. Rüsum 5 faizədək azaldıldığı üçün bu halda idxal edilən kərə yağının rüsumlu xərci 105 min dollar, ƏDV tətbiq ediləndən sonra isə 123.9 min dollara olacaq. Bu o deməkdir ki, son güzəşt hər 100 min dollarlıq idxal kərə yağında 11.8 min dollar fərq yaradacaq”.

Ekspert qeyd edib ki, kərə yağının dünya bazarında qiymətinin son dövrlər ciddi dəyişmədiyini nəzərə alsaq bu halda Yeni Zelandiyadan idxal edilən növündən asılı olaraq kərə yağının hər kiloqramında orta hesabla 2 manat qiymət azalmasına gətirib çıxara bilər: “Dəyişikliyin gələn ay tətbiq edildiyini nəzərə alsaq onun istehlak bazarına təsirləri ən tezi növbəti ilin əvvəlində müşahidə edilə bilər”.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə Azərbaycana idxal olunan kərə yağlar, digər yağlar, süd məhsullarından hazırlanmış yağlara görə gömrük rüsumunun dərəcəsi 15-dən 5-ədək azaldılıb.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər