13 Noyabr 2017 08:16
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın şimalındakı Kərkükün Havicə rayonunda İŞİD tərəfindən qətlə yetirilən 400 nəfərin cəsədi kütləvi məzarlıqda ortaya çıxarılıb.

Teleqraf.com xəbər verir ki, Kərkük valisi Rakan Said kütləvi məzarlığın bir hərbi bazanın yaxınlığında yerləşdiyini bildirib.

Qeyd edək ki, Bağdadın 240 kilometr şimalında yerləşən və İŞİD-in 2014-cü ildən bəri tutduğu Havicə rayonu 2016-ci ilin oktyabrında İraq ordusu tərəfindən geri alınıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər