14 Noyabr 2017 18:18
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gecə internet təminatında fasilələr yarana bilər.

"Bakı Telefon Rabitəsi" MMC-dən Teleqraf.com-a verilən məlumata görə, xidmət keyfiyyətinin yüksəldilməsi və internet trafikinin artırılması məqsədilə "Bakinternet"in texniki platformasında təkmilləşdirmə işləri aparılacaq.

Profilaktik işlər zamanı noyabrın 15-dən 16-na keçən gecə, saat 04:00-dan 06:00-dək paytaxtın bəzi ərazilərində internet təminatında fasilələr yarana bilər.

MMC yarana biləcək kəsintilərə görə üzr istəyir, profilaktik tədbirlərin nəzərə alınmasını xahiş edir.


Müəllif: Teleqraf.com