15 Noyabr 2017 09:00
1 062
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda Aİ-98 super markalı benzinin satışının dayandırılması bəzi avtomobillərdə problem yarada bilər.

Bunu Teleqraf.com-a açıqlamasında nəqliyyat eksperti Ərşad Hüseynov deyib.

Onun sözlərinə görə, 98 markalı benzindən ən müasir avtomobillərdə istifadə olunur:

“2 aydır Azərbaycana Aİ-98 supermarkalı benzin gətirilmir. Bu, müəyyən maşınlar üçün problemlər yaradacaq. Mühərrikdə işlədilən benzin istehsalçının müəyyən etdiyi oktavada deyilsə, uzun müddət digər benzindən istifadə həmin avtomobilin gücünü zəiflədəcək, yanma prosesi baş verəcək. Aİ-98 super markalı benzini ən müasir avtomobillər işlədirlər”.

Ekspert qeyd edib ki, 98 markalı benzinlə işləyən avtomobil sahiblərinə başqa benzindən istifadə etməmək tövsiyə olunur.

“SOCAR Petrolium” şirkətinin mətbuat xidmətinin rəhbəri Üzeyir Həbibbəyli qeyd edib ki, Aİ-98 super markalı benzin yenidən ölkəyə gətiriləcək:
“Yanacağın Azərbaycana gətirilməsi təmin olunana qədər avtomobil sürücülər “Aİ 95” markalı benzindən istifadə edə bilərlər. Qiymətində də artım olmayacaq”.

Qeyd edək ki, “Aİ-98 super” markalı benzin Azərbaycana Bolqarıstan, Belarus və Ruminiyadan idxal edilir.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər