Qeydiyyat şöbələri tərəfindən 2017-ci ilin yanvar-sentyabr aylarında 47 min 388 nikah və 10 min 977 boşanma halları qeydə alınıb.
Teleqraf.com-un məlumatın görə, əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,5, boşanmaların sayı isə 1,5 olub.
Qeyd edək ki, bundan öncə Azərbaycanda 2017-ci ilin 8 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 40256 nikah, 9787 boşanma halı qeydə alınmışdı.
Həmin müddətdə əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 6,2, boşanmaların sayı isə 1,5 qeyd olunub.
2017-ci ilin 7 ayı ərzində isə bu göstərici 32864 nikah və 8,532 boşanma olub.