19 Noyabr 2017 19:55
1 707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəhvə baş-beyində neyronlararası əlaqələrə qeyri-adi təsir göstərir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, ABŞ alimləri yeni tədqiqat zamanı beynin indiyə qədər məlum olmayan maraqlı xüsusiyyətini üzə çıxarıb.

Məlum olub ki, daim qəhvə içən adamların baş-beyninin fəaliyyətini 18 ay ərzində MRT-nin köməyi ilə müşahidə ediblər.

Bu metod beynin müxtəlif şöbələri arasındakı əlaqələrdə qəhvə içilməsi ilə bağlı dəyişikliklərin aşkar olunmasına kömək edib.

Tədqiqatların nəticələrini təhlil edən alimlər müəyyən ediblər ki, orqanizmdə kofeinin konsentrasiyası az olduqda, baş-beynin motor və somatosensor şəbəkəsi arasında əlaqə yetərincə güclü, kofeinin konsentrasiyası çox yüksək olduqda isə zəifləyir.

Alimlər baş beyindəki əlaqələr ilə kofein arasındakı korrelyasiyanın müsbət və ya mənfi olduğunu əminlik hissi ilə deyə bilmirlər.

Onlar yaxın vaxtlarda bu problemi nevrolojı, habelə beynin müxtəlif şöbələri arasındakı əlaqələrin pozulmasından əziyyət çəkən pasiyentlərdə öyrənməyi planlaşdırırlar.


Müəllif: Sara

Oxşar xəbərlər