“Bir çox ölkədən fərqli olaraq, Azərbaycanın hüquq-mühafizə orqanlarında azyaşlılar üzrə inspeksiya sistemi fəaliyyət göstərir. Bu qurumun məqsədi azyaşlıların neqativ təsirlər altına düşməsinin qarşısını almaq, uşaqların təhsil, idman, istirahət hüquqlarının müdafiəsini təmin etməkdir”.
APA-nın xəbərinə görə, bunu daxili işlər nazirinin müavini, general-leytenant Oruc Zalov deyib. Nazir müavininin sözlərinə görə, ailədaxili münaqişələrdən əziyyət çəkən, özünü tam ifadə edə bilməyən uşaqlar böyük şəhərlərə miqrasiya edirlər: “Onlar elə hesab edirlər ki, özlərini dolandıra biləcəklər. Nəticədə isə ayrı – ayrı işbazlar uşaqların əməyindən istifadə edirlər. Bu kimi hallara qarşı tərəfimizdən aidiyyəti orqanlarla birlikdə profilaktik tədbirlər görülür”.
O. Zalov qeyd edib ki, uşaqların hüquqlarının qorunması istiqamətində dövlət tərəfindən lazımi tapşırıqlar verilib.