20 Noyabr 2017 15:46
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalist Əfqan Muxtarlının barəsində olan cinayət işi Balakən rayon Məhkəməsinə göndərilib.

Teleqraf.com xəbər verir ki, jurnalistin cinayət işinə Balakən rayon Məhkəməsinin sədri Hümbət Səlimov baxacaq.

Məhkəmənin hazırlıq iclası noyabrın 30-na təyin edilib.

İttihama görə, Əfqan Muxtarlı bu il mayın 29-da saat 22.40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 318-ci (Dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (Qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər