“Təcili yardım”ın sürücüsünün döyülməsi ilə bağlı məsələni hüquq-mühafizə orqanları araşdırır.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Bakı şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasının baş həkimi Raif Nağıyev “Təcili yardım”ın sürücüsünün döyülməsi ilə bağlı danışarkən deyib.
Qeyd edək ki, Səbail rayonunda təcili yardım xidmətinə məxsus avtomobilin sürücüsü döyülüb. Hadisə Yüzbəy Mürsəlov küçəsi, 92 ünvanında baş verib. 1984-cü il təvəllüdlü İmamverdiyev Şamil İmamverdi oğlu qəfil naməlum şəxsin hücumuna məruz qalıb. Nəticədə o, döyülüb. Yaralı sürücü xəstəxanaya yerləşdirilib.