1 Dekabr 2017 18:55
475
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Zayed Al Nəhyana təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Əlahəzrət, Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına daim sülh və rifah diləyirəm".

XXX

Dövlət başçısı Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Əmiri Məhəmməd bin Rəşid Al Məktuma təbrik məktubu göndərib:

"Əlahəzrət, Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.

Bu bayram günündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına daim sülh və firavanlıq diləyirəm".

XXX

Azərbaycan Prezidenti Laos Prezidenti Bounyanq Volaçitə təbrik məktubu göndərib:

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Laos Xalq Demokratik Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Laos xalqına sülh və firavanlıq arzulayıram".


Müəllif: Teleqraf.com