5 Dekabr 2017 00:47
545
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Facebook" şirkəti yeni "Messenger Kids" proqramını istifadəyə verib. Yeni əlavə validenylərə uşaqların kiminlə ünsiyyət qurmasına nəzarət etmək imkanı yaradır.

Teleqraf.com xəbər verir ki, bu barədə sosial şəbəkənin saytında dərc edilmiş məlumatda deyilir.

"Bu gün təqdim etdiyimiz əlavə vasitəsi ilə uşaqlar təhlükəsiz şəkildə öz ailələri və dostları ilə ünsiyyət qura biləcək", - şirkətin məlumatında qeyd olunur.

"Messenger Kids" proqramı valideynlərin akkauntu vasitəsilə nəzarət olunur və beləliklə uşaqlar yalnız valideynlər tərəfindən təsdiq edilmiş şəxslərlə əlaqə qura biləcək.

Yeni əlavədə reklam yerləşdirilməyəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər