5 Dekabr 2017 17:52
5 411
12 Punto 14 Punto 16 Punto 18 Punto

16:50

Prezident İlham Əliyev Fazil Məmmədovun vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Teleqraf.com-un məlumatına əsasən, sərəncamda qeyd olunur ki, Fazil Əsəd oğlu Məmmədov Azərbaycan Respublikasının vergilər naziri vəzifəsindən azad edilsin.

***

Prezident İlham Əliyev Mikayıl Çingiz oğlu Cabbarovun Azərbaycan Respublikasının təhsil naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

***

Dövlət başçısının digər sərəncamı ilə Mikayıl Cabbarov Azərbaycan Respublikasının vergilər naziri təyin edilib.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Ramazan Ağakişiyevə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasında rabitə və rüksək texnologiyalar sahəsində səmərəli fəaliyyətinə görə Ramazan Mahmud oğlu Ağakişiyevə “Əməkdar mühəndis” fəxri adı verilib.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında rabitə və yüksək texnologiyalar sahəsi işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasında rabitə və yüksək texnologiyalar sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:

“Tərəqqi” medalı ilə

Abbasov Ədalət Əsgər oğlu

Abbasov Mikayıl Hümmət oğlu

Camalov İnşad Kamal oğlu

Əhmədov Fuad Süleyman oğlu

Qaffarov Səbuhi Sabir oğlu

Məmmədzadə Mobil Qərib oğlu

Ömərov Həsən Hüseyin oğlu

Rəhmanov Adil Talıb oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Mehdiyev Zahid Arif oğlu.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər