6 Dekabr 2017 13:45
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov dekabrın 6-da Azərbaycanda səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahın Plan, Prinsiplər Baş İdarəsinin rəisi, korpus generalı Yavuz Türkgenci ilə görüşüb.

MN-dən Teleqraf.com-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, təlimlərin və treninqlərin sayının artırılması məsələləri, qarşıdakı vəzifələr, birgə fəaliyyət istiqamətləri müzakirə edilib.

Tərəflər hər iki ölkənin Silahlı Qüvvələri arasında əməliyyat və strateji uzlaşmanın əldə olunması, döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, qarşılıqlı əlaqələrin inkişafı və təcrübələrin öyrənilməsi məqsədilə həyata keçirilən fəaliyyətləri yüksək qiymətləndiriblər.


Müəllif: Teleqraf.com