Yeni il ərəfəsində Bakı Metropoliteninin stansiyalarında yolkaların qurulmasına başlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
Məlumata görə, artıq "İçərişəhər", "28 May", "Elmlər Akademiyası", "Memar Əcəmi" və "Koroğlu" stansiyalarında yolkalar qurulub.
Bayramla əlaqədar müxtəlif posterlərin və sürprizlərin də olacağı bildirilib.