18 Dekabr 2017 14:53
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba Tarix-Diyarşünaslıq Muzeyində “Viqas Med” psixoloji və nitq inkişaf mərkəzinin 2017-ci ilin son hesabat seminarı keçirilib.

Teleqraf.com xəbər verir ki, “Psixi inkişaf və ünsiyyət, nitq qüsurları” mövzulu seminarda mərkəzin rəhbəri Fidan Bağırova və Prezident yaninda Bilik Fondunun loqopedi, qüsursuz nitq və kəkələmə mərkəzlərinin rəhbəri Esmira Qafarova autizm və kəkələmədən əziyyət çəkən uşaqların müalicəsi və müalicənin nəticələrindən söz açıblar. Bundan başqa müalicədə istifadə olunan sadə üsullar valideynlərin diqqətinə çatdırılıb.

Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının “Psixologiya” və “İbtidai sinif müəllimi” fakültələrinin 100-dən artıq tələbəsi, müəllimlər, valideynlər, KİV nümayəndələri iştirak edib.

Qeyd edək ki, Quba rayonunun ilk, yeganə psixoloji və nitq inkişaf mərkəzi olan “Viqas Med” artıq 4 ildir ki, fəaliyyət göstərir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər