20 Dekabr 2017 15:48
3 766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Sağlamlıq Mərkəzinin (BSM) rəhbərliyində təyinat olub.

BSM-in icraçı direktoru vəzifəsinə Mərkəzi Klinik Xəstəxananın sabiq direktoru, türkiyəli Məlikşah Acunər təyin edilib.

BSM-in baş həkimi Hikmət Həsənov açıqlamasında məlumatı təsdiqləyib. Hikmət Həsənov onu da qeyd edib ki, BSM İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının elmi-praktik bazası rolunu oynayacaq:

“BSM bundan sonra publik hüquqi şəxs statusu almış tibb ocağı kimi fəaliyyətini davam etdirəcək. Bu səbəbdən Mərkəzdə bu günə kimi olmayan yeni şöbələr açılacaq”. /Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər