20 Dekabr 2017 16:46
1 457
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bu gün keçirilən iclasında struktur və kadr dəyişikliyi edilib.

AMEA-dan Teleqraf.com-a verilən məlumata görə, iclasda Fəlsəfə İnstitutunun strukturunda qismən dəyişiklik edilməsi qərara alınıb. Başqa bir qərarla AMEA-nın Elm Tarixi İnstitutunda Beynəlxalq əlaqələr və İctimaiyyətlə əlaqələr şöbələri yaradılıb.

İclasda kadr məsələlərinə də baxılıb. Rəyasət Heyətinin qərarları ilə akademik Validə Əlizadə AMEA-nın Botanika İnstitutunun, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov isə AMEA-nın Dendrologiya İnstitutunun direktorları vəzifələrinə təsdiq olunublar.

Vasif Abbasov AMEA Təcrübə-Sənaye Zavodu MMC-nin direktoru, biologiya üzrə fəlsəfə doktoru Florida Mehrəliyeva isə AMEA-nın Biofizika İnstitutunun elmi katibi vəzifələrinə təyin ediliblər.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər