Biz Azərbaycanda demokratiyanın təməlli şəkildə oturuşması üçün illərimizi verdik, verməyə də davam edirik. Dövlətimiz yenidir. Yeni münasibətlər sistemində yaşayırıq. Əlbəttə, əyər-əskiyimiz də yox deyil. Hələ bunu sadəcə mənim kimi sərbəst mövqeyi olan adamlar deyil, hakimiyyətin ən yüksək zirvəsindəkilər də etiraf edir. Ölkə başçısı İlham Əliyev isə özünütənqid ruhunda problemlərdən danışır, onların həlli üçün əl-ələ verib çalışmaq üçün çağırışlar edir. Anlaşılan odur ki, cənab Prezident hər kəsi narahat edən problemləri həll edəcək iradəyə sahibdir.
Aradan illər keçdikcə biz Prezidentin bu iradəsinin necə gerçəkləşdiyini görürük, şəxsi həyatımızda hiss edirik. Ölkəmiz və insanlarımız hər keçən gün dəyişir, Azərbaycanın bir dövlət kimi imici getdikcə möhkəmlənir. İşğalçı Ermənistandan fərqli olaraq həm də özünə hörmət edən, müstəqil siyasət yürüdən ləyaqətli bir dövlət kimi.
Düşmənlər də boş durmur bu gedişatda. Onlar da yeri gəldi-gəlmədi Azərbaycana hücumlar təşkil edir. Gecələr yatıb yuxuda gördüklərini, yaxud da semlərin, conların süfrəsinin qırağında daddıqları viskinin təsirindən qapıldıqları hallüsinasiyaları gerçəklik kimi qələmə verib ölkəmizdə guya diktatura rejiminin mövcud olduğunu iddia edirlər. Sayları az olan, demək olar ki, cox zaman diqqət belə çəkməyən bu adamlar zaman-zaman elə adamlara hücum edirlər ki, onların hesabına özlərini yenidən gündəmə gətirib bir-iki gün də başlarını girləyə bilirlər. Bununla da süfrəsinin bir küncündə oturduqları semlərə, conlara hesabat verirlər ki, baxın, biz ictimai rəyə təsir edirik.
Doğrudan da təsir edə bilirlərmi? Əmin deyiləm. Ara-sıra mənim kimi qələm və söz adamları bunları faş etmək üçün nəsə yazmasa bu adamların nə edib nə yazdıqlarından Azərbaycan xalqının heç xəbəri belə olmur. İndi sual edilə bilər ki, belə olan halda niyə biz onları ciddiyə alırıq? Səbəb sadədir: bu adamları vaxt-vaxtdan faş etməsək kimlərsə – ən əsası da onların ağaları elə düşünə bilər ki, razılaşdığımız üçün susuruq.
Bugünlərdə belələrindən birinin yazısına rast gəldik. Məlum və “məşhur” Ramis Yunus (bu soyadın Azərbaycan ictimai rəyində nə ilə assosiasiya olunduğunu deməyə gərək yoxdur) bir yazı yazaraq Elçin Şıxlını Azərbaycan hakimiyyətinə yaltaqlanmaqda ittiham edir. Hələ bir az da geri gedərək onun atası, Azərbaycanın 20-ci yüzildəki ən böyük yazıçılarından olan mərhum İsmayıl Şıxlını belə yaltaqlıqda ittiham edir bu Yunus…
Doğrusu, Elçin Şıxlının mənim müdafiəmə ehtiyacı olduğunu düşünmürəm. Zatən özü qələm adamıdır, sözünü üzə deməkdən çəkinmir, hələ Ramis Yunus kimilərinin mininə dəyən birisidir. Sadəcə olaraq məsələyə müraciət etməyim onunla bağlıdır ki, bu Ramis Azərbaycanda müsbət dəyişiklikləri dilə gətirən hər kəsi hədəfə alır, onlara çamur atır, gözdən salmağa çalışır. Adam bu yolla sığındığı ölkədə özünün vacib birisi olduğunu sübut etmək istəyir. Qınamıram. Vətəni atıb qaçanlar təbii ki, başqalarına yem olarlar və ayaqda qalmaq üçün Vətəni satmağa, hər an gözdən salmağa məcburdurlar. Əks təqdirdə demokratiya beşiyi sanıb ətəyində namaz qıldıqları ölkənin xüsusi xidmət orqanları onları küçəyə atar, bir parça çörəyə möhtac qoyar.
Elçin Şıxlının yaltaqlanması nə imiş? Ramis Yunusa görə, Elçin bəyin ölkənin 1-ci Vitse-prezidenti haqqında bir müsahibəsində xoş sözlər deməsi. Ramisin istinad etdiyi həmin fikirlərin yer aldığı müsahibəni mən də oxumuşdum. Elçin bəy bərbəzəksiz, açıq şəkildə deyir ki, “Mehriban Əliyeva ətrafına korrupsiyadan uzaq kadrları toplayır. Bunu yaxşı hal kimi dəyərləndirirəm”. Yəni burada hansısa yaltaqlıqdan söhbət gedə bilərmi? Təbii ki, yox. Şəxsən mən də belə təşəbbüsləri daim dəstəkləmişəm və bunu özümün vətəndaş borcum sanıram. Ümumiyyətlə isə, elə Ramis Yunus kimilər də əgər ölkədə inkişaf istəməkdə səmimidirlərsə, belə təşəbbüsləri dəstəklədiklərini bəyan etməlidirlər. Amma etmirlər. Niyə? Çünki ölkənin artmaqda olan nüfuzu onun kimi adamların günün birində heç kimə lazım olmayacağına səbəb olacaq.
Məhz Elçin Şıxlı haqqında yazıldığı üçün diqqətimi çəkən bu yazıdan hərəkət edərək Ramis Yunusun son zamanlar efirə buraxdığı başqa yazılarına da göz atdım. Heyrətə gəldim. Hətta, bəzi gənc həmkarlarımızın diqqət çəkmək üçün yazı başlıqlarında yazdığı kimi, şok oldum.
Bu adam Azərbaycanın istər hakimiyyət, istər müxalifət kəsiminin niyə Myanma müsəlmanlarının halına acıdığını sorğulayır. Yaxud da niyə bizim insanlarımızın Fələstin və Suriya müsəlmanları üçün göz yaşı tökdüyünü soruşur. Hələ bir az da irəli gedərək bölücülükdən əziyyət çəkən Azərbaycanda ictimai rəyin İraqdakı Kürdüstan avantürasını niyə tənqid etdiyi bu adamda narahatlıq doğurur. Heyrət edilməli deyilmi? ABŞ kimi qlobal hakim mövqeli bir ölkədə yaşayasan, dünyanı narahat edən problemlərə Azərbaycanın niyə həssas olduğunu sorğulayasan. Bu nə ağıldır, əcəba?
Elə burdan hərəkət edərək belə qənaətə gəlmək olar ki, bu Ramis Yunusun dərdi heç də Azərbaycanda insan haqları, demokratikləşmə məsələləri deyil. Sadəcə olaraq dövlətimizin həm ölkə içində, həm də xaricində baş verən proseslərdə fəal rol alması onun ürəyincə deyil…
Qınamıram. Adam damarında daşıdığı erməni qanının diktəsilə hərəkət edir axı. Məlum və “məşhur” Leyla Yunusun əri Arif Yunusun doğma qardaşı Azərbaycan haqqında elə belə də düşünməli, davranmalıdır. Bu tiplər Azərbaycanda normal münasibətlərin bərqərar olmasında maraqlı deyillər. Onlara xaos içindəki başıpozuq Azərbaycan lazımdır. Necə ki, bu Ramis Yunusun hökumət aparatının rəhbəri, parlamentdə işlər müdiri işlədiyi dövrdə xaos içindəydiksə, indi də elə olmağımızı arzu edir bunlar. Ancaq bir şeyi unudurlar: indi nə hökumətin aparat rəhbəri, nə də parlamentin işlər müdiri, nə də lap elə Müdafiə Nazirliyinin informasiya və təhlil mərkəzi bu yunuslar tipində adamların nəzarətində deyil. İndi dövlətin vacib vəzifələri milli-vətənpərvər insanlara həvalə edilib və ona görə də xalqla dövlət bütün məsələlərdə çəkici bir zindana vurur. Nəticə də odur ki, Ramis Yunus, “niyə müxalifət də bir çox məsələlərdə hakimiyyətlə eyni mövqeyi paylaşır”, – deyə sual etməyə məcburdur. Adam heyrət içindədir ki, müxalifətin sağlam, hətta bəzən sağlam olmayan kəsimi də Azərbaycan hakimiyyətinin mövqeyini dəstəkləməli olur.
Hər şey bir yana, ailəcə adları Qərbin şübhəli çevrələrinin çirkli pullarını yumaqda, Azərbaycanın dövlət maraqlarını işğalçı Ermənistanın və onun havadarlarının ayaqları altına atmaqda hallanan yunuslar hələ də Azərbaycan üçün çalışdıqlarını iddia etməkdədirlər. Bu qədər çirkab içində olduqları halda öz mövqeyi ilə seçilən Elçin Şıxlı kimi ziyalıları hədəfə almaqla guya demokratiya savaşı apardıqları görüntüsü yaradırlar. Sanki Azərbaycan xalqı bunların nə olduğunu bilmirmiş kimi.
Keçməz, Ramis Yunus, keçməz. Bu xalq sizin kimilərin ən çətin anında atıb qaçdığı ölkənin xalqı deyil artıq. Azərbaycan xalqının sözünə inandığı tək ünvan, tək güvənc yeri öz dövlətidir indi. Çünki onun başında da, ayağında da sizin kimi insanlar təmsil olunmur daha…