24 Dekabr 2017 17:10
1 130
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti yerləşmə vasitələri hesab edilən mehmanxana tipli obyektlərin və müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş digər tikinti obyektlərinin siyahısını təsdiqləyib.

Bununla bağlı qərarı baş nazir Artur Rəsizadə imzalayıb.

Qərarda əsasən, "Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 2017-ci il 25 aprel tarixli qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 30 may tarixli fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə "Yerləşmə vasitələri hesab edilən mehmanxana tipli obyekt-lərin və müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş digər tikinti obyektlərinin siyahısı" təsdiq edilib.

***

Nazirlər Kabineti gəmilərin qeydiyyata alınması qaydalarına dəyişiklik edib.

Qərara əsasən gəmi radiostansiyasının fəaliyyəti üçün xüsusi icazə ləğv edilib. Bununla yanaşı, gəmilərin ilkin dövlət qeydiyyatı üçün üzgüçülüyə yararlılığı haqqında şəhadətnamə və notariat qaydasında təsdiq edilmiş surəti də ləğv olunub.

***

Nazirlər Kabineti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edib.

Qərara əsasən Mənəvi Dəyərlərin Təbliği Fondu “Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsərrüfathesablı təşkilatlar bölməsinə əlavə olunub./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər