Təbrizin Azad İslam Universitetinin Azərbaycanda filialının açılması dövlət səviyyəsində olan bir məsələdir.
Bu sözləri Teleqraf.com-a Təhsil Nazirliyinin İctimaiyyətlə iş sektorunun müdiri Cəsarət Valehov deyib.
Onun sözlərinə görə, indi bu məsələ ilə bağlı nəsə demək mümkün deyil: “Bakıda hələlik cəmi bir xarici ölkəyə məxsus ali məktəbinin filialı var. Rusiyanın iki ali təhsil müəssisənin - İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialları fəaliyyət göstərir”.
Qeyd edək ki, İranın Şərqi Azərbaycan əyaləti üzrə Azad İslam Universitetin rektoru Əziz Cavanpur keçirdiyi mətbuat konfransında universitetin Azərbaycanda da filialının açılacağını bildirib.
Əziz Cavanpurun sözlərinə görə, universitet İranın Azərbaycandakı səfiri və bu sahənin məsul şəxsləri ilə bu haqda danışıqlar apardığını bildirib: "Universitet müxtəlif ixtisaslar, xüsusi ilə tibb ixtisasları üzrə tələbələr qəbul edəcək”.