8 Yanvar 2018 13:20
1 039
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini və idarə rəisi işdən çıxarılıb.

Məlumatı Sumqayıt Şəhər İcra Hakimiyyətindən Teleqraf.com-a təsdiqləyiblər.

Məlumatda bildirilir ki, icra başçısının birinci müavini Faiq Kərimov işdən öz ərizəsi ilə ayrılıb. Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Avtomobil Nəqliyyatı ilə Sərnişin Daşıma İdarəsinin rəisi Seyfulla Əsədullayev isə vəzifədən azad edilib.

Onların yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovdur.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər