Lənkəranda yeni doğulmuş əkiz uşaqların ölümünün ilkin səbəbləri məlum olub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Teleqraf.com-a açıqlamasında bilbirib ki, Masallı rayonunun Türkoba kənd sakini, 1991-ci il təvəllüdlü Alidə Tofiq qızı Məmmədovanın hamiləliyinin 7-ci ayında səhhətində problemlər yaranıb:
“Ötən gün ana Lənkəran rayon doğum şöbəsinə gətirilib və 800-900 qramlıq iki uşaq ana bətnindən xaric edilib. Aparılan reanimasiyon tədbirlər baxmayaraq bu gün səhər saatlarında uşaqlar tələf olublar”.
Səfayə Əhmədova qeyd edib ki, ananın vəziyyəti stabildir: “Bu, onun ikinci hamiləliyidir. Qadının 2016-cı ildə də dünyaya gətirdiyi oğlan uşağı xəstəxanada tələf olub. Hadisə ilə bağlı Səhiyyə Nazirliyinin Neonatoloji Xidmətlərin Təkmilləşdirilməsi komissiyası tərəfindən araşdırma aparılacaq”.