10 Yanvar 2018 18:56
2 556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayonu, Alar kənd 2 saylı orta məktəbinin direktoru Lətif Seyfullayevin müəllimlərdən rüşvət tələb etdiyini özündə əks etdirən səsyazısı yayılıb.

Teleqraf.com xəbər verir ki, yayılan səsyazısında direktor müəllimlərdən pul tələb etməklə yanaşı, rüşvət vermək istəməyən Azad Dadaşovu təhqir edib.

Təhsil Nazirliyi yayılan məlumatlarla bağlı araşdırma aparıb. Nazirlik Teleqraf.com-un sorğusuna cavab olaraq bildirib ki, Alar kənd 2 nömrəli tam orta məktəbinin direktoru səlahiyyətlərini icra edən Seyfullayev Lətif Məzahim oğlunun rüşvət istəməsi barədə səs yazısı ilə əlaqədar araşdırma aparılıb: "L.Seyfullayev Cəlilabad RTŞ-ya dəvət olunmuş və onun verdiyi məlumata görə haqqında qeyd olunan məlumatlar böhtan və iftiralardan başqa bir şey deyildir. O, qeyd edib ki, işlədiyi məktəbin müəllim və texniki işçilərindən hər hansı məqsədlə pul tələb etməyib. Bunu məktəbdə çalışan işçilər də təsdiq ediblər".


Müəllif: İlhamə

Oxşar xəbərlər