15 Yanvar 2018 11:49
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhər Səhiyyə İdarəsində Səhiyyə Nazirliyinin "Azərbaycan Respublikasında uşaq ölümünün azaldılmasına yönəldilmiş Tədbirlər Planı"na həsr edilmiş tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, müşavirənin əsas məqsədi ölkəmizdə uşaq ölümlərini azaldaraq birrəqəmli səviyyəyə çatdırmaq və bu göstəriciləri dünyanın ən inkişaf etmiş ölkələrinin sırasına çatdırmaqdan ibarət olub.

Tədbirdə qeyd edilib ki, ötən 25-30 il ərzində ölkədə körpə və uşaq ölüm göstəricisi üç dəfəyə qədər azalıb.

Müşavirədə həmçinin 2017-ci il ərzində region üzrə baş vermiş uşaq ölümləri təhlili aparılıb, prioritetlər müəyyənləşdirilib risk qrupunda olan hamilə qadınların sağlamlıq vəziyyəti, həmçinin vaxtında doğuşayardım müəssisələrinə göndərilərməsi müzakirə edilib.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər