Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) 2017-ci ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun iştirakı ilə keçirilən müşavirədə məruzələr dinlənilib.
Müşavirədə 2017-ci il ərzində görülən işlər və 2018-ci ildə qarşıya qoyulan məsələlər müzakirə edilib./Report/