22 Yanvar 2018 10:12
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 138-i Azəristilik ASC tərəfindən mərkəzləşdirilmiş qaydada istiliklə təchiz edilir.

Təhsil İdarəsindən Teleqraf.com-un sorğusuna cavab olaraq bildirilib ki, 169 məktəb fərdi qazanxana vasitəsilə, 3-ü isə fərdi və mərkəzləşdirilmiş qaydada istilik alır.

Məlumatda qeyd edilib ki, BŞTİ-nin tabeliyində fəaliyyət göstərən məktəblərdə istilik təchizatı normaldır: “Mərkəzləşdirilmiş istilik sisteminə qoşulmuş bəzi məktəblərdə istiliklə təminatda hər hansı zəiflik müşahidə olunduğu halda, bununla bağlı müvafiq qurumlara müraciət edilir. Operativ qaydada zəruri tədbirlər görülür”.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər