Bakı şəhəri Pirallahı qəsəbəsini içməli su ilə təchiz etmək məqsədilə yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar, yanvarın 30-da gün ərzində Pirallahı qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə Teleqraf.com-a Azərsu ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Yaranmış narahatlıqla əlaqədar Azərsu ASC abonentlərdən üzr istəyir.