ABŞ PKK-nın Suriya qolu sayılan PYD/YPG terrorçularını Suriya kəşfiyyatına sızdırıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Suriya kəşfiyyatı məlumat yayıb.
Məlumatda bildirilir ki, ABŞ-ın bunu etməkdə əsas məqsədi Suriya kəşfiyyatından Rusiya və İrana qarşı istifadə etmək olub.
Suriya kəşfiyyatındakı YPG terrorçuları Əsəd rejiminin qərarları, eləcə də Rusiya və İranın fəaliyyəti barədə məlumatı ABŞ tərəfinə çatdırıb.
YPG-nin ABŞ-a casusluq etdiyini Türkiyə təhlükəsizlik qüvvələri və Əsəd rejiminə yaxın mənbələr də təsdiqləyib.
Qeyd edilib ki, 4 il ərzində ABŞ Suriya kəşfiyyat orqanlarına 311 casus yerləşdirib, həbsdə olan 92 PKK-çını isə azad edib.