Tanınmış tarixçi-alim Qasım Hacıyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinə müdir təyin edilib.
Teleqraf.com-un məlumatına görə, Q.Hacıyev təyinata qədər AMEA-nın Tarix İnstitutunun Qarabağ tarixi şöbəsinin müdiri olub.
Qeyd edək ki, o, 1950-ci ildə Bərdə rayonunun Hacallı kəndində anadan olub və tarix üzrə elmlər doktorudur.