Son günlər sürəti və manevr imkanları çox məhdud olan nəqliyyat vasitələri ilə - qoşqulu traktorla, mişar daşı yüklü "Kamaz"la piyada vurulmasından ibarət 3 ağır hadisə barədə məlumat yayılıb.
Teleqraf.com xəbər verir ki, bu sözləri hüquqşünas Ərşad Hüseynov deyib.
Hüquqşünas xatırladıb ki, hər iki hadisədə ölənlər uşaqlardır: “Çox təəssüf... Bu hadisələrin səbəbləri və şəraiti mənə məlum olmasa da, bir fakta diqqəti cəlb etmək yaxşı olardı. Belə nəqliyyat vasitələrini idarə edən sürücü doğrudan da ətrafını görə bilmir "kor zonalar" səbəbindən.
Xüsusən də mürəkkəb hərəkət şəraitində - döngədə, tıxac və ya sıxlıq olan yerdə sürücünün başı elə qarışa bilər ki, imkanı olduğu istiqaməti də görməz. Bunu nəzərə almaq, xüsusən də uşaqları yaxşı öyrətmək lazımdır. Uşaqlar balacaboy və daha dinamik olduqlarından sürücü üçün daha "görünməz" olurlar.
Aşağıdakı fotoda məşhur "kor zonalar", yəni iri avtomobilin sürücüsünün görə bilmədiyi müxtəlif sahələr təsvir olunub.