Prezident İlham Əliyev İlqar Abbasovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Teleqraf.com-un məlumatına görə, sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə İlqar Namaz oğlu Abbasov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.
Qeyd edək ki, İlqar Abbasov Suraxanı Rayon İcra Hakimiyyətinin başçısıdır.