13 Fevral 2018 18:30
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əlillərin əsas problemi təhsillə bağlıdır. Çünki təhsil almaları, onların gələcəkdə işlə təminatı, yaşaması üçün son dərəcə vacibdir.

Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva “Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, əlillər ölkə əhalinin 5 faizdən çoxunu təşkil edir. Buna görə də qanun layihəsinin qəbulu son dərəcə vacibdir. Millət vəkili əlillərin problemlərinə də toxunub:

“Bu gün əlillər ümumi imtahan sistemi vasitəsilə imtahan verir. Bəzən tam sağlam insanlar qədər qəbul imtahanlarında lazım olan balı toplaya bilmir. Buna görə də dövlət ali məktəblərində belə ödənişli ixtisasa qəbul olunurlar. Bu mənada əlillərə təhsil haqqı məsələsində güzəştlər edilə bilər.
İkinci problem əlillərin işlə təminatıdır. Məlumdur ki, bu sahədə kvotalar yerinə yetirilmirdi. Qanunu da oxudum, hesab edirəm ki, bu məsələdə bəzi əlavələrə ehtiyac var. Əlillərin nəqliyyatdan istifadəsində də problemlər var. Qanunda göstərilir ki, müvafiq icra hakimiyyəti ağlabatan formada bu məsələni uyğunlaşdırmalıdır. Bu necə ola bilər? Demək hər bir nəqliyyat vasitəsinin sahibkarı öz ağlınabatan formada bu məsələni həll edəcək? Bu maddəyə yenidən baxılmalıdır”.


Müəllif: Cavad

Oxşar xəbərlər