19 Fevral 2018 11:30
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ordusunda hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması sahəsində Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında imzalanan birgə tədbirlər planına əsasən hərbi hissələrdə bir sıra görüşlər təşkil olunub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, cəbhə bölgəsində yerləşən bölmələrdə keçirilən görüşlərdə şəxsi heyətin hüquqi biliklərinin artırılması, nizam-intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, mövcud problemlərin aradan qaldırılması istiqamətində müəyyən olunmuş tədbirlər həyata keçirilir, eləcə də müxtəlif mövzularda mühazirələr təqdim edilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər