19 Fevral 2018 22:27
1 588
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə 2016-cı il iyulun 15-də dövlət çevilişinə cəhd zamanı general-polkovnik Semih Terziyi öldürən gizir Ömər Halisdemirin yeni görüntüləri yayılıb.

Görüntülərdə Terzinin vurulduqdan sonra daşınması yer alıb.

Türkiyə Silahlı Qüvvələrinin giziri Ömər Halisdemir iyulun 15-də dövlət çevrilişinə cəhd edənlərdən biri olan Semih Terziyi dönəmin Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin komandanı, general Zəkai Aksakallının əmri ilə öldürüb. Bundan sonra o, dövlət çevrilişinə cəhd edən FETÖ-çülər tərəfindən qətlə yetirilib.

Semih Terziyin öldürülməsinin qiyamın istiqamətini böyük ölçüdə dəyişdirdiyi bildirilir.

\Publika.az\


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər