2016-2017-ci tədris ilində 117 müəllim-şagird münaqişəsi baş verib.
Teleqraf.com-un məlumatına görə, bu sözləri "Məktəblinin dostu" layihəsi ilə bağlı tədbirdə layihə rəhbəri Rüstəm Ağayev deyib.
Onun sözlərinə görə, bu ilki tədris ilində isə münaqişələrin sayı 35-ə çatıb: "Şagirdlər arasında 2016-2017-ci ildə 757, 2017-2018-ci ildə 615 münqişəsi baş verib. Məktəblərə 2086 ilkin tibbi yardım göstərilib. 104 dəfə məktəbə təcili tibbi yardım çağrılıb".
Bəzi məktəblərdə isə həyatın xilası həyata keçirilib: "Bir uşaq valideynlərinə ailəni tərk etdiyin barədə məktub yazmışdı. Ona psixoloji yardım göstərilib. 5 məktəbdə yanğının qarşısı alınıb. 83 oğurluq faktı, 27 reket halı, 13 spirtli içki və 281 siqarət istifadəçisi qeydə alınıb".
Rüstəm Ağayev qeyd edib ki, 2016-2017 ci ildə müəllimlər tərəfindən şafirdlərə 47 mənəvi, 62 fiziki şiddət göstəricisi olub. 2017-2018-ci ildə isə 11 mənəvi, 33 fiziki şiddət olub.