Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla fərdi və fəxri adlara görə təqaüdlərinin növbəti ayın 1-dən artırılması təmin ediləcək.
Bu barədə Teleqraf.com-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.
Onun sözlərinə görə, sərəncam “Əməkdar” fəxri adını almış jurnalistlərə də şamil ediləcək. Onların təqaüdləri martın 1-dən artırılacaq.