Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn İran İslam Respublikası vətəndaşının əl çantasındakı əşyalara baxış keçirilib.
Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən xəbərə görə, yoxlama zamanı üzərində "Rexona" yazısı olan antiperspirantın içərisindən, gömrük nəzarətindən gizlədilən, 4 ədəd selofan bükümdə xalis çəkisi 12,006 qram narkotik vasitə - tiryək aşkar edilib.